Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan “DUZDAĞ” Fizioterapiya Mərkəzi Duzdağ oteldən 2 km məsafədə yerləşir. Duzdağ mağarasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və “DUZDAĞ” Fizioterapiya Mərkəzindən ibarət 2 ayrı müalicə mərkəzi mövcuddur.
Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabit qalmaqdadır
Mərkəzdə 47 otaqda eyni anda 128 pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır.
Müalicələr isə gündüz və gecə olmaqla 2 növbədə təşkil olunur;
2-12 yaş üçün gündüz, 12 yaş üzəri gecə seansları.
Mərkəzdə pasientlər üçün kafe,TV salon, kitabxana,mağaza,növbətçi tibb bacısı otağı mövcuddur.
“Spleoterapiya” yunanca ”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir. Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır.
Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtaları da var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər. “DUZDAĞ” Fizioterapiya Mərkəzi dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Mərkəzin yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir.
Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabit qalmaqdadır
Mərkəzdə 47 otaqda eyni anda 128 pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır.
Müalicələr isə gündüz və gecə olmaqla 2 növbədə təşkil olunur;
2-12 yaş üçün gündüz, 12 yaş üzəri gecə seansları.
Mərkəzdə pasientlər üçün kafe,TV salon, kitabxana,mağaza,növbətçi tibb bacısı otağı mövcuddur.
“FİZİOTERAPİYA” HAQQINDA MƏLUMAT
Ötən əsrin ikinci yarısının əvvəllərindən dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicəsinin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir.“Spleoterapiya” yunanca ”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir. Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır.
Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtaları da var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər. “DUZDAĞ” Fizioterapiya Mərkəzi dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Mərkəzin yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir.
Dəniz səviyyəsindən yüksəkliyi - 1173 m- Temperatur - 18-20 C
- Atmosfer təzyiqi - 740 mm.c.st
- Nisbi rütubət 24-50%
- Hava sürəti 0-0,1 m/s
- Yüksək dispersli Na+,CI+ ionları
- Xəstə olmayanda - 17,5 mq/m3
- Xəstə olanda - 12,5 mq/m3
- Oksigen 20%
- Küy 15-20 DB
- Duzdağ duzunun tərkibi: NaCI - 98,4%; CaCI - 0,04% MqCI - 0,06%-dir.