GARABAGH HOTEL

GARABAGH HOTEL

Möcüzəli naftalan yağının istifdəsi ilə yerinə yetən prosedurların rəngarəngliyi, həmçinin stabilləşdirilmiş, efir yağları və vitaminlərlə ilə gücləndirilmiş NAFTOVIT™-dən və zənginləşdirilmiş, patentləşdirilmiş ENTERA™ konsentratından istifadə müalicə-sağlamlıq effektinin yaranmasına kömək edir.
  • Naftalan vannası
  • Əl üçün naftalan vannası
  • Ayaq üçün naftalan vannası
  • Dördkamerali naftalan vannası
  • Yerli naftalan vannası
  • Yerli NAFTOVIT™ aplikasiyasi
  • ENTERA™ bədən bürünməsi
  • Fizioterapiya

BALNEOTERAPİYA
Vannalar, inqalyasiya, duşlar qeyri-ənənəvi təbabətin bir hissəsidir və ENTERA™ müalicə və sağlamlıq mərkəzində geniş tətbiq olunur. Xüsusi su prosedurlarının təsir mexanizmi  su məhlulunda aktiv komponentlərin temperatur, kimyəvi və mexaniki təsiri ilə müəyyən olunur. Sonuncular dəri reseptorlarını qıcıqlandıraraq əvvəlcə bədənin bir hissəsinə, sonra isə ümumi reflektor təsir göstərir.
  • Sakitləşdirici nanə yağlı südlü-ballı vanna
  • Relaks VITASU™+ dəniz yosunlu vanna
  • Antioksidant şərab ekstraktlı vanna
  • Antistress dəniz duzlu vanna
  • Cavanlaşdırıcı qızılgül yağlı vanna
  • Canlandırıcı vanna
  • Antisellülit vanna
  • Detoks mineral vanna
  • Şarko duşu
  • Inhalyasiya

BƏDƏN MASAJI
Masaj hələ qədim zamanlardan insanlara tanışdır. Bir çox əsrlər ərzində bu vasitə insanlara xeyir verir, sağlamlığı möhkəmləndirir, həyt tonusunu qaldırır, əzələləri gücləndirir və dəriyə dolğunluq verir. Bəzi insanların cavanlığını uzadır, bəzilərinə gümrahlıq  qaytarır, bəzilərinə çiçəklənən görünüş bəxş edir, digərlərinə isə özünü yaxşı hiss etməyə kömək edir.
Bizim dövrümüzdə masaj idman və düzgün qidalanma ilə bərabər  sağlamlıq vasitələrindən biri hesab olunur.
  • Relaxing bədən masaj
  • Detox bədən masaj
  • Classical bədən masaj 
  • Antisellülit bədən masaj
  • Cavanlaşdırıcı şokoladlı bədən masaj
  • Lifting bədən masaj
  • Fitnes bədən masaj
  • Ekskluziv bədən masaj ENTERA™
  • Stimullaşdırıcı bədən masaj
  • Tonlayıcı bədən masaj
  • Ənənəvi tay masajı
  • Ənənəvi tay ayaq masajı
  • Qaynar daşlarla masaj

AROMA RİTUALLARI
Bu günədək müxtəlif bitkilər, çiçəklər, ağaclar, meyvələr, otlar və toxumlardan alınmış 150-dən çox efir yağları növü məlumdur. Onlar terapevtik, fizioloji və psixiki-emosional xüsusiyyətlərə malikdirlər.GENTLE ROSEMRY BODY SCRUB 
  • Zərif rozmarin bədən skrabı
  • AROMA-FİTO bədən maska
  • Aromaterapi bədən masaj
  • AROMA kabin
 
BƏDƏN ÜÇÜN MASKA
Bürünmı maska kimidir, lakin bədənə çəkilir. Yalnız, maskadan fərqli olaraq, bürünmə prosedurunda bədənin böyük hissəsi təsir altına düşür və nəinki dəriyə, həm də bütün orqanizmə təsir edir.
  • Nəmləndirici  şokolad bədən maska
  • Cavanlaşdırıcı şərab bədən maska
  • Sellülitə qarşı yosun bədən maska
  • Stimullaşdırıcı ENTERA™ bədən maska
  • Antistress bədən maska VİTASU™
  • Detoks mineral bədən maska VİTAVOL™
  • AROMA-FİTO bədən maska
  • Relaks düyü bədən maska
  • Cavanlaşdırıcı bədən maska BIOMINERAL™

SKRABLAR 

  • Sellülitə qarşı bədən skrabı
  • Tonlayıcı dəniz duzu bədən skrabı
  • Stimullaşdırıcı NAFTOVIT™ bədən skrabı
  • DETOX VİTAVOL™ bədən skrabı
  • Yeniləyici qəhvəli bədən skrabı
  • Zərif rozmarin bədən skrabı
  • Cavanlaşan süd və bal tərkibli bədən skrabı
  • Nəmləndirici düyü bədən skrabı

SİDR ÇƏLLƏYİ
Sibir sidrinən kabinəyə buraxılan, təbii otlarla zənginləşmiş buxar insana yaxşı təsir edir və bir çox narahatlıqlardan azad olmağa kömək edir.  Bu prosedurun köməyi ilə orqanizmin ümumi və hüceyrə səviyyəsində  təmizlənməsi baş verir, bütün orqan və sistemlərin işi stimullaşdırılır, madələr mübadiləsi normallaşır, dəri cavanlaşır, əsəb sistemi  bərpa olunub möhkəmlənir.

DUZ OTAĞI
Qaloterapiya - bu prosedur duz otağında keçirilir, bu prosedur zamanı insan ən xırda duz hissəcikləriylə doydurulmuş havayla nəfəs alır.
Qaloterapiya orqanizmə möhkəmləndirici təsir göstərir və həmçinin keçirdilmiş nəfəs orqanlarının xəstəliklərindən sonra profilaktikanın və bərpanın komplekslərində fəal istifadə olunur.
Duz otağının atmosferi burunun və burun qoltuqlarının selikli qabıqları vəziyyətinin yaxşılaşmasına ən yaxşı imkan yaradır.
Bu prosedur siqaret çəkməyi atmış insanlara və tənəffüs sisteminin bərpası üçün tövsiyə edilir.
Qaloterapiya seansı relaksasiya və stressin sakitləşdirən təsiri öhdəsindən gəlməyə və yuxunu normallaşdırmağa kömək edir.
Qaloterapiya prosedurları həmçinin dəri xəstəlikləriylə əziyyət çekən xəstələr üçün nəzərdə tutulmuşdur.

Video


Qalereya