Naxçıvan MR - Ordubad

Naxçıvan MR - Ordubad

Ordubad
Ərazisi972,05 km2
Əhalisi
46,9 min nəfər
Nə ilə getmək olar
Avtonəqliyyat və qatarla: Naxçıvan – Ordubad
Ordubad şəhəri Naxçıvan Muxtar Respublikasında əhəmiyyətinə görə ikinci şəhər sayılır. O Zəngəzur sıra dağlarının ətəyində, Ordubadçay çayının sahilində, eyni adlı vadinin ətəklərində yerləşir.
Ordubad kiçik şəhərdir – onun əhalisi 10 min nəfəri zorla aşır. Ordubad hələ XII əsrdən tanınır. 70-ci illərdə tarixi-memarlıq qoruğunda birləşmiş çoxlu sayda yerli memarlıq abidələri onun qədim tarixindən xəbər verir.
Ordubaddan 60 km aşağıda yerləşən Gəmiqaya dağındakı qayaüstü rəsmlər şəhəri daha çox məşhurlaşdırmışdır. Bu, Qobustandan sonra Azərbaycanda tanınmış qayaüstü ieroqliflərin bir yerə toplandığı ikinci yerdir. Qayaların üzərində oyulmuş minlərlə şəkil bizim eradan 2-3 min il əvvəl insanın həyatından, onu əhatə edən dünyadan xəbər verir. Minlərlə turist və alim hər il bu yerləri ziyarət edir.
Ətraflı
Ordubadın gözəl təbiəti, zəngin florası və faunası var. Təmiz hava, nadir dərman bitkiləri, ətirli meyvələr rayona şan-şöhrət gətirmişdir. Ordubad şaftalısı, armudu, üzümü və əriyi sulu və şirin olduqlarına görə çox məşhurdur.
Ordubad öz bağları və ən böyüyünün diametri 18 metr olan uzunömürlü çinarları ilə məşhurdur. Ordubad tut ipəkçiliyinin artırılmasının ən qədim mərkəzidir. XX əsrin əvvəllərində beynəlxalq sərgilərdə Ordubad ipəyi 13 qızıl medal qazanmışdır. Burada indi də ipək kombinatı fəaliyyət göstərir.
Ordubad, şübhəsiz ki, ilin hər fəslində gözəldir. Tarixi abidələrin bolluğu, maraqlı arxitektura və mənzərəli landşaftı onu Azərbaycanın turizm xəritəsində ən cəlbedici yerlərdən birinə çevirir.




Video


Qalereya